İran prezidenti Mahmud Əhmədinejad Qahirədə suriyalı bir gəncin ayaqqabı hücumuna məruz qalıb
Hz. Hüseyin məscidində axşam və yatsı namazlarını qıldıqdan sonra xalqla salamlaşan Mahmud Əhmədinejad suriyalı bir gəncin ayaqqabılı hücumuna məruz qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İran prezidentinin üç metrliyində ayaqqabısını atan gənc Əhmədinejada "Siz qardaşlarımızı öldürdünüz"- deyə əsəblə qışqırıb. Hadisə yerində olan jurnalistlərin verdiyi məlumata görə, ayaqqabı prezidentin mühafizəçilərinə tuş gəlib. Hadisəni törədən suriyalı gənc isə polis tərəfindən saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB