NASA ilk dəfə Marsa külüng vurur

NASA-nın başqa bir planetə göndərdiyi ən inkişaf etmiş kəşf aparatı Kuriositi yeni bir ilkə imza atıb.
NASA ilk dəfə Marsa külüng vurur

6 ay əvvəl eniş etdiyi Gale kraterinin üzərindəki qumu təmizləyib bir qayanı çəkiclə sındırma cəhdi edib. Qeyri-adi araşdırma üsulları tətbiq edən robotun bir neçə santimetr dərinə enən ilk sınağında müvəffəqiyyətli olduğu bildirilib. Robot qayadan götürdüyü hissəsələr üzərində kimyəvi analizlər edəcək. Kuriositi daha sonra isə Marsın nüvə quruluşunu araşdıracaq, torpaq və qaya xəritəsini çıxaracaq. Beləliklə də, dünya kimi planetlərin meydana gəlməsi haqqında məlumatlar əldə olunacaq.

Nüvə enerjisi ilə işləyən 2,5 milyon dollar dəyərindəki Kuriositinin vəzifəsi bir Mars ili, yəni təxminən iki il sonra yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə