Şimali Koreya hər an nüvə sınağı keçirə bilər

Cənubi Koreyanın BMT-dəki daimi nümayəndəsi Kim Sok Şimali Koreyanın hər an nüvə sınağı keçirə biləcəyini söyləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, BMT-də mətbuat konfransı keçirən Kim bu halda Təhlükəsizlik Şurasının çox güclü və cəsarətli tədbirlər görməli olduğunu deyib. Şimali Koreyadakı nüvə obyektlərində ciddi hazırlıqların görüldüyünü bildirən Kim bu fəaliyyətləri hər kəsin izlədiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə