İran prezidenti Mahmud Əhmədinejad Misirə gedəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Əhmədinejad Qahirədə İslam Əməkdaşlıq Təşkilatının sammitində çıxış edəcək və bəzi ölkələrin liderləriylə ikitərəfli görüşlər keçirəcək. Əhmədinejad Misirə səfər edən ilk İran prezidenti olacaq. Səfər Misir prezidenti Məhəmməd Mursinin rəsmi dəvəti əsasında həyata keçirilir.
Qeyd edək ki, İranda 1979-cu ildəki islam inqilabından sonra Tehranla Qahirə arasındakı diplomatik əlaqələr ən aşağı səviyyəyə enmişdi. Misirdə hakimiyyət dəyişikliyindən sonra xarici işlər nazirləri səviyyəsində səfərlər həyata keçirilsə də, diplomatik əlaqələr hələ səfirlər səviyyəsinə çıxarılmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB