Koalisiyadan verilən açıqlamada məhbusların azadlığa buraxılması şərtilə danışıqların başlaya biləcəyi vurğulanıb
Müxalifət hazırdır

Suriya Müxalif və İnqilabçı Qüvvələrin Milli Koalisiyası Əsəd rejimi ilə müzakirələrə hazır olduğunu açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, koalisiya sədri Muaz Əl Xətibin ofisindən verilən yazılı açıqlamada bildirilir ki, "Rejim daxilində əli qana batmamış rəsmilərlə Suriyanın daha çox yandırılıb, dağıdılmaması və axan qanın dayandırılması üçün danışıqlar masasına oturmağı qəbul edirik".

Açıqlamada Suriya rejimiylə müzakirələr başlamadan əvvəl 160 min məhbusun azadlığa buraxılması və bəzi məsələlərdə güzəştə gedilməsi şərtinin irəli sürüləcəyi bildirilib.

Xətib qeyd edib ki, rejimə etibar etməsə də, bu tələblərin yerinə yetirilməsinin Suriya rejiminin xoş niyyətini ortaya qoya biləcəyini düşünür.

Bütün xəbərlər Facebook səhifəmizdə