Polislərin fotoşopu skandal yaradıb

Polislərin fotoşopu skandal yaradıb

Yunanıstanın Baramanı şəhərində bank soymaqda təqsirləndirilən dörd nəfərə polisin işgəncə etməsi iddiaları skandal yaradıb. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən yayımlanan fotoşəkillərdə şübhəlilər üzərində yara izlərinə rast gəlinsə də, polislərin yayımladığı fotolardakı şübhəlilərdə heç bir iz olmayıb. Tutulanların valideyinləri Milli Təhlükəsizlik Nazirliyinə şikayət edərək polislərin şəkilləri fotoşopla dəyişdiyini deyiblər.

Hökumət spikeri Simos Kedikoğlu və sosial müdafiə naziri Nikos Dendias isə Yunanıstanın hüquqi dövlət olduğu vurğulayıblar və mövzu haqqında araşdırmaya başladıqlarını qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə