Prezident seçkilərinə 4 ay qalmış İranda vəziyyət yenidən qarışıb. Prezident Əhmədinejad seçkilərdə özünün ən böyük rəqibi hesab etdiyi Laricanini vurmaq üçün indidən hərəkətə keçib. Laricaninin ailəsini vəzifələrindən sui-istifadə etməkdə günahlandırıb. Laricani isə Əhmədinejada ikinci dəfə söz haqqını verməyib.
İranda iyun ayında ediləcək prezident seçkiləri əvvəlindən siyasi təzyiqlərlə başlayıb. İndiki prezident Mahmud Əhmədinejadla parlament sədri Əli Laricani arasında söz atışması böyük mübahisəyə çevrilib. Mübahisə Əhmədinejada yaxınlığı ilə tanınan İş, Rifah və Kooperativ naziri Abdulrza Şeyxülislam haqqında verilən sorğudan sonra başlayıb. Əhmədinejad isə bunun cavabında Laricaninin qardaşı Fazıl Laricaninin rüşvət aldığını iddia edib və bir məclis üzvlərinə audioyazını nümayiş etdirib. Ancaq Şeyxülislamın vəzifəsində qalmasına çalışan prezident 272 millət vəkilindən 192-nin "getsin" səsinə qarşı dura bilməyib. Beləliklə Şeyxülislam Əhmədinejadın ikinci prezidentliyi dövründə vəzifədən alınan 9-çu naziri oldu.
Məclis sədri Laricaninin Əhmədinejada cavabı isə daha sərt olub. Ölkənin ən güclü adı olan Dini Lider Ayətullah Xamneyiə çox yaxın olan Laricani: "Bu etdiyiniz əxlaqlı bir şeymi? O kürsü sizə xüsusi deyil. Sizdən gözlənilənləri cavablandırmalısınız. Mafiyavari davranışlarınızı hər kəsin görməsi yaxşı oldu", - deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB