ABŞ xarici işlər naziri Cohn Kerri cənubi koreyalı həmkarı Kim Sung-hwanla telefon danışığından sonra Şimali Koreyanın planlaşdırdığı nüvə sınağını həyata keçirəcəyi təqdirdə onun cəzasız qalmayacağını deyib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, xarici işlər nazirliyinin sözçüsü Viktoria Nuland bildirib ki, danışıqlar zamanı Kerri və Kim: "Şimali Koreyanın təxribat xarakterli hərəkətlərinə davam edərsə nəticələrinə də dözməlidir", - fikrinə gəliblər.
Qeyd edək ki, BMT də daha öncə, 2006-cı və 2009-cu illərində nüvə sınağını həyata keçirən Şimali Koreyanın üçüncü dəfə bunu etməsini sərt sanksiyalarla üzləşəcəyini demişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB