Pakistanın Tirah vadisində Talibanla Ənsar-ul İslam xadimləri arasında 10 gündür davam edən qarşıdurmalarda bölgədəki vətəndaşların əksəriyyəti ağır fəsadlarla üzləşib. SİA xarici mətbuata istinadən xəbər verir ki, qruplar arasındakı qarşıdurmalarda Kamarkel tayfasına mənsub 20 nəfər həyatını itirib, 300 ailə isə evini tərk etmək məcburiyyətində qalıb. Məlumata görə, zərər çəkmiş ailələrin sığınacaq tapması soyuq havalarla əlaqədar çətinləşib.
Qeyd edək ki, strateji əhəmiyyətə malik olan Tirah vadisində üstünlüyü ələ almaq istəyən qruplar arasındakı qarşıdurmalarda indiyə qədər 100-dən artıq insan ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB