Misir ABŞ-dan 4 ədəd F-16 satın alıb. Təyyarələrin təhvil verilməsi ABŞ-ın Qahirədəki səfirində verilən ziyafətlə qeyd edilib. Səfirlikdən verilən rəsmi açıqlamada Misirin regional təhlükəsizliyə dəstəyi çərçivəsində imzalanan sazişin bir hissəsi olaraq ABŞ-dan 4 ədəd F-16 aldığı bildirilib.
Açıqlamada ABŞ-ın Qahirədəki səfiri Ann Petersonun sözlərinə də yer verilib: "Bu tədbir Vaşinqtonun Misirin güclü dövlət olaraq mövcudiyyətinin, ABŞ-ın, regionun və dünyanın faydasına olduğuna inamını göstərir. Yaxın Şərqin demokratikləşmə yolunda lazım olan çətin prosesdən keçdiyi bu dövrdə Misirin sülh və təhlükəsizlik gücü rolunu davam etdirməsini arzu edirik. İki ölkə arasında təhlükəsizlik sahəsindəki ortaqlıq müştərək faydaya və 34 il davam edən hörmətə əsaslanır. ABŞ uzun zamandır Misirin vaz keçilməz ortaq olduğunu düşünür".
F-16-larla bağlı sazişin ABŞ-ın 1,3 milyard dollarlıq hərbi maliyyələşdirmə proqramının tərkib hissəsi olaraq Misirin müdafiə gücünü artırma, terror təhdidi və regional təhlükəsizlik çərçivəsində imzalandığı bildirilib.
ABŞ-ın indiyə qədər Misirə 224 ədəd F-16 göndərdiyi, bu il içərisində isə 20 qırıcını təhvil verəcəyi qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB