Paraqvayda təyyarə qəzasında prezidentliyə namizəd Lino Ovyedo həlak olub. BBC-nin yaydığı məlumata görə, Konsepsyon şəhərindəki seçkiqabağı mitinqindən paytaxta qayıdan Ovyedonun vertolyotu pis hava şəraiti ucbatından qəzaya uğrayıb.
Vertolyotda olan iki cangüdən və pilot da qəza nəticəsində həyatlarını itiriblər. Paraqvay ordusunun keçmiş rəhbəri, ehtiyatda olan 69 yaşlı general Ovyedo prezident seçkilərinin favoritlərindən hesab olunurdu.
Xatırladaq ki, Paraqvayda prezident seçkiləri aprel ayında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB