Ermənistan yenə çalxalanır

Ölkə müxalifəti martın 1-də hökumət əleyhinə mitinq və yürüş keçirəcəyini bəyan edib. Ermənistanın müxalif Erməni Milli Konqresi martın 1-də İrəvanda mitinq və yürüş keçirməyi planlaşdırıb. İrəvan meriyası fevralın 1-də ümummilli hərəkatın icraçı katibi Vaaqno Ayotsyanın təqdim etdiyi icazə sənədini təsdiq edib.

Sənəddə qeyd olunur ki, 2013-cü il martın 1-də Yerevanın Azadlıq meydanında yerli vaxtla saat 16:00-dan 23:00-dək mitinq keçiriləcək saat 20:00-da isə 5 küçə boyunca yürüş keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə