"Kubanın keçmiş prezidenti Fidel Kastro aylar sonra ilk dəfə xalqın qarşısına çıxıb. SİA-nın xəbərinə görə, milli məclisin 612 üzvü ilə birgə yerli nümayəndələrin seçiləcəyi ümumi seçki üçün səs vermə hüququndan istifadə edən 86 yaşlı Kastro seçicilərilə də görüşüb. Paytaxt Havananın Vedado məhəlləsindəki seçki məntəqəsində səs verən Kastro: "Kuba xalqı inqilaba sahib çıxdı. Buna görə çox böyük fədakarlıqlar da oldu. 50 ildir embarqo altında yaşamalarına baxmayaraq geri çəkilmədilər. Tarix bunu yazacaq"

Bütün xəbərlər Facebook səhifəmizdə