İnsan ovçusunun özü qurbana çevrildi. İraqda müharibə başlayandan 2009-cu ilə qədər 160 iraqlı müsəlmanı qanına qəltan edən, "Amerika qəhrəmanı", snayperçi Kris Kayl öldürüldü. Amerikanın bu məşhur snayperçisini yerli sakinin öldürdüyü bildirilir. Həmin şəxs K.Kayldan başqa bir nəfəri də öldürüb.
Onun qatili 5 saatdan sonra saxlanılıb. Hələlik hadisənin motivləri məlum deyil.
Xatırladaq ki, K.Kayl 1999-2009-cu illərdə Amerikanın "Dəniz pişikləri" xüsusi bölməsində xidmət edib. Amerika döyüşçülərinin "Əl-Qaidə" döyüşçülərindən təmizlədikləri Fəllucda təkcə 40 döyüşçünü qətlə yetirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB