İran prezidenti Mahmud Əhmədinejad İslam Əməkdaşlığı Təşkilatının konfransında iştirak etmək məqsədi ilə fevralın 6-da ilk dəfə Misirə səfər edəcək.
"Röyters"in verdiyi məlumata görə, bu İran rəhbərinin 1980-cı ildən bu vaxtadək ilk səfəri olacaq. Xatırladaq ki, bu iki dövlət arasında diplomatik münasibətlər 1980-cı ildən, İranda baş vermiş İslam inqilabından sonra dayandırılıb.
İran nümayəndə heyətinə İran prezidenti Mahmud Əhmədinejad rəhbərlik edəcək.
Xatırladaq ki, Misir prezidenti Məhəmməd Mursi İrana 2012-ci ilin avqustunda səfəri baş tutub. Səfər çərçivəsində Tehranda və Qahirədə iki dövlətin səfirliklərinin açılması barədə razılıq əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB