Yapon şirkətlərindən MARAQLI QADAĞALAR

Yapon şirkətlərindən MARAQLI QADAĞALAR

Dünyanın ən böyük üçüncü iqtisadiyyatına sahib Yaponiyadakı şirkətlər iclasların daha məhsuldar olması və az vaxt aparması üçün maraqlı qadağalar qoyublar. Bəzi şirkətlər yığıncaq salonunda kürsü və qeyd dəftərinə icazə vermir, bəziləri də müdirin yığıncaqda iştirakına icazə vermir.

Dünyanın ən böyük altıncı avtomobil şirkəti "Nissan"daki iş iclaslarında qeyd dəftəri istifadə olunmur. Səlahiyyətlilərdən biri salonda olan ağ taxtanın üzərinə qeydlər edir. İclasın sonunda taxtaya yazılan qeydin fotoşəkili çəkilir və iştirakçılara paylanır. Həmçinin, yığıncaqlarda müdürlərin iştirakı qadağandır. Çünki, müdirin iştirakının işçilərin fikirlərini sərbəst şəkildə deməsinə əngəl olacağı düşünülür.

"Canon" şirkətində isə yığıncaqlarda kürsü və kompüter olmur. Bu da iclasın daha tez yekunlaşmasına kömək edir.

"Mitsubishi" şirkəti də yığıncaqların bir saat içində nəticələnməsini tələb edir.

Yaponiyanın məşhur restoran axtarış xidməti "Gurunavi"-nin yığıncaqları isə açıq havada keçirilir. İmperator sarayının ətrafında gəzintiyə çıxan işçilər şirkətdəki problemləri müzakirə edirlər. Səlahiyyətlilər açıq havada edilən yığıncaqlarda işçilərin ağlına daha yaxşı fikirlər gəldiyini bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə