“Əsəd İsrailindən istifadə edir“

“Əsəd İsrailindən istifadə edir“

"Bəşər Əsəd niyə İsrailin hücumlarına cavab vermir? Çünki Əsəd İsrailin hücumundan istifadə edir"

Türkiyə mətbuatının verdiyi xəbərə görə, bunu xarici işlər naziri Əhməd Davudoğlu deyib. Əsəd rəhbərliyinin bu hadisədən sadəcə istifadə etdiyini vurğulayan Davudoğlu Suriyanın İslam dünyasında dəstək axtardığın bildirib.

Bu əməliyyatın Əsədə faydalı olacağına işarə edən nazir deyib: "22 aydır öz şəhərlərini, sakinlərini bombalayan B.Əsəd niyə İsrailə cavab vermir? Niyə İsrail təyyarələri B.Əsədin sarayının üzərindən uçub ölkəsinin şərəfi ilə oynayır, amma bunlar cavabsız qalır? Müdafiəsiz qadınlara, uşaqlara qarşı sərf etdiyi gücü indi niyə düşmən kimi tanıdığı İsrailə qarşı yönəltmir? Yoxsa İsrail ilə B.Əsəd arasında gizli bir razılaşma var?".

Bütün xəbərlər Facebook səhifəmizdə