Birləşmiş Millətlər Təşkilatı və İtaliya Ankarada ABŞ səfirliyinin partladılmasına münasibət bildiriblər. BMT rəsmiləri məsələni olduqca mənfi qiymətləndiriblər: "Səbəbi hər nə olur olsun, kim tərəfindən törədilməsindən asılı olmayaraq terrorçuluq heç vaxt yaxşı qarşılanmayacaq. Biz bunu qanuni yol kimi qiymətləndirə bilmərik". Şərhdə terrorizmə qarşı beynəlxalq hüquqa uyğun aparılan mübarizənin əhəmiyyəti də vurğulanıb.
İtaliyanın xarici işlər naziri Giulio Derzi hücumu sərt şəkildə qınayıb. Nazir deyib ki, terrorçuların Ankarada ABŞ səfirliyinə etdiyi hücum insanlığa sığmır və İtaliya da ABŞ-Türkiyə dostluğuna və onların xalqlarına həmişə dəstəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB