Dünyadakı ilk beyin əməliyyatının izini daşıyan 9 min 500 illik qadın kəlləsinin olduğu muzey 8 aydan sonra yeni layihə ilə qapılarını ziyarətçilərinə açacaq. Səlcuq arxitekturası ilə nağıllardan ilham alınaraq inşa edilən Ağsaray Muzeyi üçün müasir qaydalara uyğun şəkildə yeni nümayiş hissələrinin əlavə olunması məqsədi ilə layihə hazırlanıb. Köhnə Kapadokya sivilizasiyasının qərb qapısı sayılan Ağsaraydakı qazıntılar zamanı üzə çıxan və dünyada böyük marağa səbəb olan əsərlərin sərgiyə qoyulduğu muzey 8 ay davam edəcək təmirdən sonra tam fərqli görünüşdə yenidən açılacaq.
Aralarında pişik, uşaq və körpələrin də olduğu mumiyalar son texnologiya məhsulu olan havasız, özündən soyuducu sistemli xüsusi şüşədə sərgilənəcək. Mumiyalardan sonra muzeydə ən çox diqqəti cəlb edən isə Ağsaraydakı qazıntılarda üzə çıxan qadın kəlləsidir. Xususi ustalıqla açılan dəlikdəki kəllə yerli və xarici ziyarətçiləri heyrətə salır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB