Mahnı oxuduğu üçün öldürülə bilər

Əfqanıstan televiziyasında yayımlanan musiqi yarışması "Əfqan Star"-ın çox sevilən iştirakçılarından biri Lətifə Əzizi son seçimlər zamanı müvəffəqiyyətlə çıxış edib. Ancaq 17 yaşındakı gənc qız yarışmanı qazansa belə həyatı boyunca ölüm qorxusuyla yaşayacaq, çünki yaşadığı Məzar-Şərif şəhərindəki qohumları Əzizinin televiziyada mahnı söyləməsinin İslama zidd olduğunu düşünür.

Əzizi və ailəsi gənc qızın noyabr ayında yarışmaya qatılmasından qısa müddət sonra aldıqları ölüm təhdidləri səbəbiylə Məzar-ı Şərifi tərk edərək paytaxt Kabilə yerləşib. Əzizinin qohumlarından Seyid Məhəmməd gənc qızın bundan sonra nə etsə də ölümdən qaça bilməyəcəyini söyləyib.

Əzizinin atası Seyid Gülhan Şah Əzizi isə qohumlarının reaksiyasına qarşı qızının xəyalinin arxasından getməsinə dəstək verdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə