Rusiyanın Uzaq Şərq vilayətindəki Blaqoveşensk rayon məhkəməsində qəribə hadisə baş verib. Hakim Yevqeni Maxno 5 il həbsə məhkum edilən, korrupsiyada günahlandırılan iş adamının məhkəməsi zamanı bir neçə dəfə açıq şəkildə yuxulayıb. SİA-nın verdiyi məlumata görə, hakimin hərəkəti müttəhimin vəkili tərəfindən videoya çəkilib internetdə yayılandan sonra ölkədə səs-küyə səbəb olub. Hakim dərhal istefaya göndərilib.
Haqqında danışılan videolar daha sonra dövlət televiziyasında da göstərilib.
Yevgeni Maxno özünü müdafiə edərkən bildirib ki, proses zamanı yatmayıb, məhkəməni gözləri bağlı dinləyib.
Qeyd edək ki, Ali Məhkəmə hakimi işdən çıxarıb, amma onun öz vəzifəsinə geri dönməsinə şərait də yaradıb. Belə ki, Maxno bunun üçün yenidən imtahan verməlidir. Şübhəli isə yenidən mühakimə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB