Bir neçə saat əvvəl Amerika Birləşmiş Ştatlarının Ankaradakı səfirliyi qarşısında güclü partlayış baş verib. İlkin məlumatrala görə, diplomatik korpusun 2-ci qapısı qarşısında törədilən terror aktını kamikadze-terrorçu həyata keçirib. Nəticədə 2 nəfər həlak olub, xeyli sayda yaralı var. Əraziyə xeyli sayda tibbi personal və təhlükəsizlik xidməti əməkdaşları cəlb olnub. Hələlik ölən və yaralıların kimliyi barədə məlumat verilmir. Daha bir terror aktının baş verəcəyindən ehtiyat edən polis yaxınlıqdakı bütün maşınları ərazidən uzaqlaşdırıb.
Hadisəyə nə Türkiyə, nə də Birləşmiş Ştatlar hökuməti hələki münasibət bildirmir. Hadisədən bir qədər sonra Cümə namazını Sultan Mehmet məscidində qılan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan partlayışdan xəbərdar olmadığını, lakin ətraflı məlumat alacağını bildirib.
Qeyd edək ki, səfirliyin 2-ci qapısında əsasən viza məsələlərinə baxılır. Diplomatik korpusun binası Türkiyə Böyük Millət Məclisi və Atatürk bulvarına yaxın bir ərazidə yerləşir. Terror aktından sonra Birləşmiş Ştatların Türkiyədəki bütün konsulluqlarında, eləcə də digər Qərb dövlətlərinin səfirliklərində təhlükəsizlik tədbirləri gücləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB