Çinin mərkəzi hissəsindəki Xınan əyalətində bir yük avtomobilinin partlaması nəticəsində körpü çöküb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, partlayan avtomobil fişəng və bu kimi başqa partlayıcı maddələrlə dolu olub. Partlayış nəticəsində yoldakı körpünün 80 metrlik bir hissəsi çöküb. Körpünün üstündəki onlarla avtomobil aşıb. 26 nəfər ölüb, çox sayda insan yaralanıb. Yaralı sayının arta biləcəyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB