Pakistanın şimal-qərbindəki Hayber Paktunva bölgəsinin Hangu qəsəbəsində meydana gələn partlayışda ilkin məlumatlara görə, 20 nəfər ölüb, 30-dan çox adam isə yaralanıb. SİA-nın məlumatına görə, partlayış ticarət mərkəzinin və məscidin yaxınlığında cümə namazı əsnasında baş verib. Əraziyə çox sayda təcili yardım və xilasetmə qrupunun gəldiyi, yaralıların bir qisiminin isə vəziyyətinin ağır olduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB