Daha bir erməni əsgəri intihar etdi

Daha bir erməni əsgəri intihar etdi

Ermənistanda daha bir hərbçi intihar edib. Erməni KİV-nin verdiyi məlumata görə, insident yanvarın 31-i ərəfəsində, saat 22:20 radələrində baş verib. İlkin məlumatlara görə, N saylı hərbi hissənin 1990-cı il təvəllüdlü əsgəri Vardan Avaqyan xidməti silahı ilə özünə ölümcül atəş açıb.

Ermənistan Müdafiə nazirliyindən mətbuata verilən məlumatda "intihar həddinə çatdırma" maddəsi ilə cinayət işi açıldığını deyib. Nazirlik Avaqyan ailəsinə başsalığı verib, yaxınlarına səbr diləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə