Bordyujanın İrəvan səfərinin təfərrüatları

Bordyujanın İrəvan səfərinin təfərrüatları

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın İrəvana səfərinin təfərrüatları məlum olub. Belə ki, Rusiya ilə Ermənistan arasında bir sıra hərbi əməkdaşlıq sazişi imzalanıb. İki ölkə Ermənistan ərazisində ortaq hərbi mərkəzlər və dayaq məntəqələri yaradacaq.

Bu barədə məlumat verən Ermənistan milli təhlükəsizlik şurasının sədri Artur Baqdasaryan həmin hərbi mərkəzlərin ölkədə müdafiə sənayesi sahəsinin inkişafına təkan verəcəyini bildirib.

Onun sözlərinə ğörə bu mərkəzlərdə Ermənistana məxsus hava hücumundan müdafiə sistemləri və helikopterlər əsaslı təmir olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə