Bu gün prezident seçkilərinə hazırlaşan Ermənistanda müxalifət tərəfdarları ATƏT-in İrəvan ofisinin qarşısında seçki müşahidəçiləri əleyhinə etiraz aksiyası gerçəkləşdirib. Əllərində "Ermənistandan rədd olun" şüarları səsləndirən etirazçılar təkcə ATƏT-in yox, ümumilikdə ölkədəki bütün beynəlxalq müşahidəçiləri Ermənistanı tərk etməyə səsləyib. Onların etirazlarına səbəb isə, müşahidə missiyasının mərkəzi seçki komissiyasının saxtakarlıqlarına göz yummasıdır.
Əllərində üzərinə "saxtakarları dəstəkləməyə son qoyun" yazılmış şüar lövhələri daşıyan etirazçılar deyir ki, əgər müşahidəçilər ölkəni tərk etsə, onda onlar mövcud rejimin fırıldaqlarına qarşı erməni xalqının yanında olduqlarını sübut edər.
Qeyd edək ki, Ermənistanda sözügedən saxtakarlıqlara qarşı prezidentliyə 8 namizəddən 2-si artıq aclıq aksiyası elan edib. Onlardan biri hətta seçki təbliğatlarından da imtina edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB