CAR-da iki sərnişin qatarı toqquşub

150 nəfər yaralı
CAR-da iki sərnişin qatarı toqquşub

Xəsarət alanlar arasında qadınlar və azyaşlı uşaqlar da var. Tələfat qeydə alınmasa da, yaralılardan 20-nin vəziyyətinin ağır olduğu bildirilir. Paytaxt Pretoriyada baş verən qəzanın hansı səbəbdən baş verdiyi də məlum deyil.

Faktla bağlı istintaq komissiyası yaradılıb. Qeyd edək ki, Afrika qitəsinin ən ucqar ölkəsində qatarların əksəriyyətində texniki nasazlıqlar müşahidə olunur. Ölkəyə yeni qatarların gətirilməsi üçün CAR hökuməti Fransa ilə təxminən 6 milyard dollarlıq saziş imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə