Astronomların "kiçik ölüm" adlandırdıqları asteroid Yerdən 32 min kilometr aralıda, 6,3 km/saniyə sürətlə ötüb gedəcək.
Lakin bu asteroid Yerlə toqquşarsa, baş verəcək partlayışın gücü 2,5 meqatona bərabər olacaq.
ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri asteroidin nə indi, nə də gələcəkdə nə zamansa Yerlə toqquşmayacağını deyirlər.
Sensasiyalı ssenari olmasa da, asteroidin keçidi alimləri həddən ziyadə maraqlandırır. Çünki səma cisminin Yerdən belə yaxın məsafədə keçidi kosmosdakı meteoritlər, kometalar və asteroidlər barədə daha geniş məlumatlar əldə etməyə imkan verir.
2012 DA14 asteroidi 2012-ci ilin fevralın 22-də İspanyanın şimalındakı Əndəlüs vilayətindəki dağlıq ərazidə yerləşən "La Saqra" rəsədxanasının əməkdaşları tərəfindən aşkarlanıb.
Asteroid Günəş ətrafında elliptik orbitlə 2,6 milyon kilometr məsafədən keçəndən 7 gün sonra müşahidə olunmuşdu.
Asteroidin uçuş trayektoriyası Yerin hərəkət orbitinə çox bənzədiyindən o, hər il iki dəfə planetimizin yanından keçir.
İlkin hesablamalar göstərir ki, asteroid Yerin yanından keçəndə onunla planetimizin səthi arasındakı məsafə pik nöqtəsində təqribən 27770 km təşkil edəcək.
Bu zaman asteroidi Avropa, Asiya, Afrika və Avstraliyada görmək olacaq.
2012 DA14 asteroidinin uçuşunu dünyanın müxtəlif ölkələrindəki 500-dən artıq rəsədxana və teleskoplar izləyəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB