Ölkəni  "Skype"la idarə edib

Taylandda 2006-ci ildə baş verən qanunsuz hadisənin ardınca haqqında cinayət işi açılan və elə bu səbəbdən də xaricə qaçan keçmiş baş nazir Taksin Şinavatranın internet vasitəsilə ölkəni idarə etməyə davam etdiyi məlum olub. SİA xəbər verir ki, ölkəsinə qayıda bilməyən Şinavatranın Londondakı evindən nazirlərlə internet vasitəsilə hər gün görüşdüyü anlaşılıb. Xəbərə görə, Şinavatran səsli və görüntülü danışıq üçün "Skype" proqramından istifadə edib.

Qeyd edək ki, Taksin Şinavatranın ölkədən qaçmasına səbəb vəzifədə olan zaman bir neçə əsgərin ölümünə səbəb olmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə