Fırtına can aldı

ABŞ-ın Georgia ştatının Adairsville bölgəsində fırtına 2 nəfərin ölümünə səbəb olub. SİA-nın xatici mətbuata istinadən verdiyi xəbərə görə, Bartow qəsəbəsinin xilasetmə qrupunun rəisi Şefi Craig Millsap fırtınadan sonra axtarışlar nəticəsində 2 nəfərin cəsədini tapdıqlarını bildirib. Daha sonra isə Arkanzasda fırtına nəticəsində 1 nəfərin yaralandığı məlum olub.

Qeyd edək ki, fırtına bir çox evlərin və nəqliyyat vasitələrinin yararsız hala gətirilməsinə, həmçinin elektrik dirəklərinin və yol kənarındakı ağacların aşmasına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə