Pekinin səmasını qatı duman bürüyüb. Göz gözü görmür... Küçələrdə insanlar maska taxaraq hərəkət edirlər. Zavod və fabriklər eləcə də avtomobillərin havaya buraxdığı patrikül hissəciyi Pekinda havanı xeyli çirkləndirib.
Havanın çirklənməsi ən yüksək həddə çatıb. Təkcə Pekində yox digər şəhərlərdə də insanların sağlamlığı təhlükə altındadır. Dünya səhiyyə təşkilatı da Pekindəki vəziyyətin kritik olduğunu söyləyirlər. Təşkilatın yaydığı hesabatda deyilir ki insanlar imkan daxilində zərurət olmasa küçəyə çıxmasınlar. İş güc dalında gedən insanlar rəsmilərin tezliklə bu problemi həll etmələrini tələb edirlər.
Məlumat üçün qeyd edək ki patrikül maddəsi insanların ağciyərinə dolur və nəfəs yollarında həyat üçün təhlükəli olan viruslar yaradır. Rəsmilər bir müddət əvvəl bildirmişdilər ki bu zərrəcikləri təmizləyəcək sistem yaradacaqlar. Amma belə sistemdən hələ ki bir əsər əlamət yoxdur.
Ən maraqlı məqamlardan biri də odur ki havanı soyuq olması ilə əlaqədər olaraq yaranan duman da avtomobillərin buraxdığı tüstüyə qarışıb. Ona görə də görmə şəraiti xeyli məhdudlaşıb. Pekin şəhərində 5 milyondan çox avtomobilin olduğu söylənilir. Ona görə də ölkədəki mütəxəssislər maşınların sayının azaldılmasını təklif edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB