Gürcüstanda elan olunmuş amnistiyadan sonra ölkə həbsxanalarından 6 nüfuzlu kriminal "avtoritet" azadlığa buraxılıb. Daha 20 avtoritetin həbs müddətinin azaldıldığı bildirilir. Gürcüstan qanunvericiliyinə görə, kriminal aləmdə "avtoritet statusu" olmaq cinayət sayılır. Hətta "avtoritetlər" heç bir cinayət əməli törətmədikləri halda, yalnız "kriminal titulları" onları cinayət məsuliyyətinə cəlb etmək üçün kifayətdir.
Gürcüstan Məhkəmə qərarlarının icrası nazirinin müavini Qriqola Qeorqadzenin KİV nümayəndələrinə verdiyi məlumata görə, azadlığa buraxılan "avtoritetlərə" ölkəni tərk etmək üçün 24 saat vaxt verilib.
Onların hara gedəcəkləri haqda isə heç bir məlumat verilmir. publika.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB