Bu dəfə baş nazirlər görüşür

Bu dəfə baş nazirlər görüşür

Qətərdə səfərdə olan baş nazir Rəcəb Tayyib Ərdoğan həmkarı Şeyx Hamad bin Cabir Əl Sani ilə görüşüb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, xarici işlər naziri Əhməd Davudoğlu, enerji və təbii sərvətlər naziri Taner Yıldızın müşayiəti ilə Dohaya gedən Ərdoğan daha sonra Qətər əmiri Şeyx Hamad bin Xəlifə Əl Sani ilə bir araya gəlib. Görüşlərdə Suriya başda olmaqla regional məsələlər müzakirə edilib. İki ölkə arasında ticari və iqtisadi əlaqələr də müzakirə ediləcək.

Baş nazirin Dohada səfərdə olan Yunanıstanın baş naziri Antonis Samarasla da görüşü gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə