Qəsəbəyə 4 mərmi düşüb

Şanlıurfanın Ceylanpınar qəsəbəsinə Suriya tərəfindən atılan 4 mərmi düşüb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, mərmilərdən biri partlayıb. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Baş verən partlayışla bağlı ciddi təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, dünən də Ceylanpınardakı bir evə mərmi düşmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə