Misirdə 6 gündə ölənlərin sayı 50-ni keçib

Nümayişçilər Təhrir meydanını və Nil sahil yoluna nəzarəti ələ keçiriblər
Misirdə 6 gündə ölənlərin sayı 50-ni keçib

Misirdə inqilabın ikinci ildönümündə başlayan gərginlik davam edir. SİA-nın məlumatına görə, nümayişçilərin Təhrir meydanına, eləcə də ABŞ və İngiltərə səfirliklərinə çox yaxın olan Nil sahil yoluna nəzarəti ələ keçirdiyi bildirilir. Misir polisi səfirliklərə yaxın bölgədə nümayişçilərin sayının artmasıyla birlikdə geri çəkilərək ara küçələrə dağılıb. Nil sahil yoluna nəzarəti ələ keçirən nümayişçilər bir zirehli avtomobili yandırıb. Qahirədəki toqquşmalarda çox sayda insanın yaralandığı bildirilir. İsgəndəriyyədə də polislə nümayişçilər arasında toqquşmalar davam edir. Şəhərdə nümayişçilər bir dəmiryolunu bağlayıblar. Barrikada quraraq qatarların keçidinə imkan verməyən nümayişçilər "Müsəlman Qardaşlar" və prezident Mursi əleyhinə şüarlar səsləndiriblər.

Ölkədə 6 gündür davam edən toqquşmalarda ölənlərin sayı 50-yə çatıb. Prezident Mursi Port Səid, İsmayiliyyə və Süveyş şəhərlərində fövqəladə vəziyyət elan edib. Nazirlər Kabineti isə hərbçilərə mülki vətəndaşları həbs etmə səlahiyyəti verən qanun layihəsini təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə