Misirin Port-Səid vilayəti müstəqilliyini elan edib

Misirin Port-Səid vilayəti müstəqilliyini elan edib

Misirin dövlət başçısı Məhəmməd Mursinin ölkənin üç şəhərində fövqəladə hal elan etməsindən sonra ölkə iki yerə parçalanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, fövqəladə hal elan edilmiş şəhərlərdən biri olan Port-Səid vilayətinin sakinləri öz müstəqilliklərini elan ediblər. On minlərlə vətəndaş ötən gecə küçələrə çıxaraq vilayətdə fövqəladə vəziyyət elan edilməsinə etiraz ediblər.

Həmçinin qeyd edək ki, Mursi üç viklayətdə fövqəladə hal elan edən zaman Misirin siyasi qüvvələrinə müraciət edərək onları "stabillik və təhlükəsizliyə nail olmaq üçün" dialoqa çağırıb. Lakin prezidentin dialoq barədə çağırışlarına baxmayaraq, Misir müxalifəti dövlət başçısı ilə dialoqdan imtina edib.

Bütün xəbərlər Facebook səhifəmizdə