ABŞ Senatı üç ay əvvəl ölkənin şərq sahillərini öz təsiri altına alan Sandy qasırğasında zərər çəkənlər üçün 50,5 milyard dollarlıq kömək paketini təsdiqləmişdi. SİA-nın xəbərinə görə, indi isə yardım paketinin miqdarı 60,2 milyard dollara çatıb. Belə ki, ABŞ Konqresinin təsdiqlədiyi 9,7 milyard dollarlıq əlavə kömək paketi ilə Senatın təsdiqlədiyi yardım paketinin birlikdə miqdarı 60,2 milyard dollar olub.
Qeyd edək ki yardım paketi prezident Barak Obamanın rəsmi imzasından sonra paylanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB