Serj Sarkisyan əsgər anasını təhqir edib

Sarkisyandan bundan artıq heçnə gözləmək olmazdı.
Serj Sarkisyan əsgər anasını təhqir edib

Ordu gününün qeyd olunması ilə əlaqədar Erablur xiyabanına gələn Sarkisyan çəkinmədən əsgər anasını təhqir edib. Belə ki, prezidentlə görüşə gələn veteranlar və əsgər analarının arasından bir qadın Sarkisyana yaxınlaşaraq bir oğlunun şəhid olduğunu deyib, digərinin isə xəstəliyi barədə danışaraq ağlayıb. Sarkisyan isə cavabında şəhid anasını təhqir edərək: "Xəstə uşağın var, sən isə bura gəlib ağlayır, bayram əhval-ruhiyyəmizi korlayırsan. Nəyə görə ?"- deyərək bağırıb.

Digər uşaqları barədə də danışan qadının sözünü yarıda kəsərək: "Onlar ordudadırlar? Yox? Bunu necə başa düşək? Yaşları çatır, ancaq orduda deyillər"-deyib və cangüdənlərinə baxışları ilə qadını uzaqlaşdırmaq əmri verib.

Bütün xəbərlər Facebook səhifəmizdə