İran kosmosa meymun göndərib

İran daha əvvəl açıqladığı kimi, kosmosa meymun göndərib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu ölkənin Müdafiə Nazirliyinə bağlı kosmos departamentindən verilən açıqlamada içində meymun olan "Öncü" kod adlı kapsulun kosmosa göndərildiyi bildirilib. Açıqlamada kapsulun 120 kilometr yüksəkliyə çıxdığı və daha sonra sağ-salamat yerə endiyi qeyd edilib.

ABŞ başda olmaqla Qərb dövlətləri İranın kosmos texnologiyasından nüvə başlığı daşıyan raket istehsal etmək üçün istifadə edəcəyindən narahatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə