Almaniyanın təhsil naziri plagiat çıxdı

Almaniyanın təhsil naziri plagiat çıxdı

Ötən ilin sonlarında Almaniyanın təhsil naziri Annette Şavanın elmi dərəcəsinin saxta olması haqqında Düsseldorf universitetinə daxil olmuş anonim müraciətdən sonra universitetin elmi şurası ciddi araşdırmalara başlayıb.

"Deutsche Welle" qəzetinin yazdığına görə, nazirin 1980-ci ildə müdafiə etdiyi dissertasiya başdan-ayağa plagiatdır. Əgər elmi şura nazirin elmi dərəcəsini ləğv etmək haqqında qərar çıxarsa, bu böyük siyasi qalmaqalla nəticələnəcək və nazir istefa vermək məcburiyyətində qalacaqdır.

Təhsil naziri Almaniyanın kansleri Angela Merkelin yaxın dairəsinə daxil olan siyasətçilərdəndir. Onun istefası onsuz da gündən–günə nüfuzunu itirən Xristian–Demokrat Partiyasına baha başa gələcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə