Türkiyədə əhalinin sayı 75 milyonu keçib

Türkiyədə əhalinin sayı 75 milyonu keçib

Türkiyənin əhalisi 2012-ci ilin sonunda 75 milyon 627 min 384 adam oldu. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Statistika İdarəsi açıqlama yayıb. Məlumata əsasən, 2011-ci ildə 74 milyon 724 min 269 olan ölkə əhalisi, 903 min 115 nəfər artımı ilə keçən ilin sonunda 75 milyon 627 min 384 adama çatıb. Bu göstəricinin 50,2 %-i kişi (37 milyon 956 min 168 insan), 49,8 %-i (37 milyon 671 min 216 nəfər) isə qadınların üzərinə düşür.

Qeyd edək ki, 2050-ci ildə ölkə əhalisinin sayının artaraq 94,6 milyon olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə