Gənc boksçu rinqdə öldü

İndoneziyada keçirilən boks üzrə ölkə çempionatında bədbəxt hadisə baş verib. 17 yaşlı boksçu aldığı zərbələrdən dünyasını dəyişib. SİA-nın xarici mənbələrə istinadən verdiyi məlumata görə, faciə boks üzrə gənclər arasında keçirilən İndoneziya çempionluğu uğrunda 12 raund nəzərdə tutulmuş döyüşdə yaşanıb.

17 yaşlı Tubaqus Sakti boksçu İkal Tobidoy ilə keçirdiyi görüşün 8-ci raundunda huşunu itirərək yerə yıxılıb. O, dərhal xəstəxanaya çatdırılıb. Hadisə zamanı gənc boksçu beyninə qan sızması səbəbindən dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə