Gəminin 21 heyəti tapılıb, 15 dənizçinin axtarışı isə davam etdirilir
Yapon dənizində Rusiyanın "Vostok-1" şirkətinə məxsus "Şans-101" balıqçı gəmisi qəzaya uğrayıb. Bu barədə "Vostok-1" şirkətinin rəsmi bəyanatında deyilir. "Kapitan və heyət ilk dəfə deyildi ki, bu gəmi ilə üzürdülər və onu yaxşı tanıyırdılar", - deyə şirkətin bəyanatında deyilir.
Primorsk nəqliyyat parokurorluğunun məlumatında bildirilir ki, hazırda 21 nəfər tapılıb. Onlardan 6-sı ölüb. Daha 15 dənizçi isə hələ də axtarışdadır.
Gəminin qəzaya uğramasının səbəbi bəlli deyil. Onun buzlanma, deşilmə, yaxud da artıq yüklənməyə görə, tarazlığı pozulması səbəbindən batdığı ehtimal olunur. Dənizdə dalğanın 4 bal gücündə olması axtarış tədbirlərini daha da çətinləşdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB