Fransa prezidenti Ermənistana gəlir

Fransua Olland İrəvana aprelin 24-də gəlməklə Türkiyəyə mesaj göndərir
Fransa prezidenti Ermənistana gəlir

Fransa prezidenti Fransua Olland aprelin 24-də Ermənistana səfər etməyi planlaşdırır. Türkiyənin "Hürriyət" qəzetinə istinadən verilən xəbərə görə, bu haqda Yelisey sarayı məlumat yayıb.

Türk nəşri yazıb ki, Olland Ermənistan prezidenti Serj Sarkisyanın dəvətini qəbul edib. Məlumatda həmçinin bildirilir ki, Fransua Olland 2014-cü ildə yerli özünüidarə orqanlarına seçki ərəfəsində Fransanın erməni icmasına "qondarma erməni soyqırımı ilə bağlı sərt bəyanatla" çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə