Misirin dövlət başçısı Məhəmməd Mursi ölkədə son günlərdə yaşanan hadisələrə görə Port Səid, İsmayıllıya və Süveyş şəhərlərində fövqəladə hal elan edib.
Mursi Misirdə son 4 gündə baş verən hadisələrə görə və 40-dan çox adamın ölməsi səbəbindən bu gün dövlət televiziyasında xalqa müraciət edib. Müraciətdə bildirilib ki, hadisələr səbəbilə Şüveyş Kanalının ətrafındakı 3 şəhərdə 30 gün müddətində fövqəladə hal elan edir. Həmçinin gecə də bu şəhərlərdə küçəyə çıxmaq qadağan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB