İnqilabın 2-ci ildöünümü qeyd edən Misirlilər ölkədə hökm sürən xaosdan qurtula bilmirlər. Müsəlman Qardaşlar və prezident Məhəmməd Mursi əleyhdarları paytaxt Qahirə başda olmaqla, bir sıra şəhəri müharibə meydanına çeviriblər.
Təhrir meydanına toplanana minlərlə aksiyaçı 25 yanvar şəhidlərinin qisasının alınmasını, baş nazir və baş prokurorun istefasını, konstitusiyanın yenidən tərtib olunması və hakimiyyətin devrilməsini tələb ediblər. Aksiya ənənəvi olaraq iğtişaşa çevrilib.
Yüzlərlə radikal gənc Dövlət televiziyasının qülləsini ələ keçirməyə çalışıblar. Onlar binanı qoruyan Milli qvardiya əsgərlərinə daş və molotof kokteyli atıblar. Təhlükəsizlik qüvvələri isə gözyaşardıcı qazla cavab veriblər.
Ən qanlı toqquşma Suveyş şəhərində qeydə alınb. Qarşıdurmalar 8 aksiya iştirakçısı və bir polis əməkdaşının həyatına son qoyub. İş o yerə çatıb ki, Misir hökuməti şəhərə qoşun yeridib. Məlumata görə, həlak olanların hamısında güllə yaraları olub.
İsgəndəriyyə, İsmailiyə və Damanxurda şəhərlərində iğtişaşçılar yerli icra strukturları və Müsəlman Qaardaşlar hərakatının inzibati binalarını ələ keçirməyə çalışıblar. Bu zaman isə polisin sərt müdaxiləsi ilə üzləyiblər. Yüzlərlə yaralının olduğu bildirilib.
Ölkənin Təcili yardım xidmətinin məlumatına görə hadisələr nəticəsində 476 nəfər xəsarət alıb. Yaralılar arasında xeyli sayda pois əməkdaşı var. Prezident Məhəmməd Mursi xalqa müraciət edərək zorakılığı dayandırmağa çağırıb. Ölkədə xaos hökm sürür. Ölü və yaralı sayının artacağı istisna olunmur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB