İndoneziyada keçən həftə baş verən sel fəlakətinin ardından bu dəfə iki fərqli bölgədə torpaq sürüşməsi faciəsi yaşanır. SİA-nın məlumatına görə, sürüşmə nəticəsində 11 nəfər ölüb. Ölkənin qərbi Sumatra əyalətinin Aqam bölgəsində torpaq sürüşməsi nəticəsində 15 ev palçıq və qaya parçaları altında qalıb. Dağlıq bölgədə baş verən sürüşmədə isə 7 nəfər ölüb yüzlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Qonşu Jambi əyalətində isə şiddətli yağışlardan dolayı dövlətə məxsus enerji şirkətinin qazıntı apardığı yerdə torpaq sürüşməsi əmələ gəlib. Hadisə nəticəsində 4 işçi ölüb, bir nəfəri itkin düşüb, 5 nəfəri isə ağır yaralanıb. Şirkət qalan 60 işçisinin isə sağ olduğunu açıqlayıb.
Qeyd edək ki, İndoneziyanın paytaxtı Cakartada keçən həfə baş verən sel fəlakəti nəticəsində 32 nəfər ölmüş, 46 min insan isə evlərini tərk etmək məcburiyyətində qalmışdı.


.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB