Braziliyada 200 nəfər yanaraq öldü

Braziliyada 200 nəfər yanaraq öldü

Braziliyanın cənubunda yerləşən Santa-Mariya şəhərində gecə klubundakı yanğında 200 nəfər ölüb. SİA-nın Reuters Agentliyinə istinadən verdiyi xəbərə görə, polis mayoru Herson da Roza Ferreyra ölü sayının arta biləcəyini bildirib. Onun sözlərinə görə, ölənlərin əksəriyyəti tüstüdən boğulub, bəziləri isə basabasda dünyasını dəyişib. Yanğına pirotexniki vasitələrdən düzgün istifadə edilməməsi səbəb olub. Yanğın zamanı gecə klubunda 2000-dək adam olub.

Qeyd edək ki, Bundan öncə 159 nəfərin ölməsi barəsində məlumat verilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə