Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan yanvarın 29-u Qatarın paytaxtı Dohada Qatar Əmri Şeyx Həməd min Xəlifə, ölkənin baş naziri və xarici işlər naziri Şeyx Haməd min Casim min Cebr Al Sani ilə görüşəcək. SİA-nın məlumatına görə, görüşlərdə Türkiyə-Qatar əlaqələri və iki ölkə arasındakı yaxın siyasi dialoqun gücləndirilməsi üçün iqtisadiyyat, ticarət, enerji və mədəniyyət sahələrində əməkdaşlığın artırılması imkanları müzakirə ediləcək.
Türkiyə və Qatarı maraqlandıran regional və beynəlxalq mövzularda da baş nazir Ərdoğan vacib məsələləri gündəmə gətirəcək. Görüşlərdə Suriyadakı son vəziyyət, Fələstin-İsrail problemi və Şimal Afrikada yaşanan hadisələr barəsində də dialoq qurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB